30 gündə bu qədər ərazilərimiz azad edilib

27 Oktyabr 2020 15:13    44 Baxış   
30 gündə bu qədər ərazilərimiz azad edilib
Bu gün rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması istiqamətində apardığı əks-hücum əməliyyatının 1 ayı tamam olur.
Bu ay ərzində Azərbaycan Ordusu dünya müharibə tarixində yeni bir səhifə açdı.

Avtoxeber.az xəbər verir ki, 30 ilə yaxındır doğma yurd-yuvasından didərgin düşən insanların sevinc göz yaşlarına səbəb olur.

Düşmənə ciddi zərbələr vuran Azərbaycan Ordusu bir ay ərzində Ermənistana hərbi texnika və canlı qüvvə baxımından ciddi zərbə vurub. Həmçinin, düşmənin dəyəri 2 milyard dollardan çox hərbi texnikası məhv edilib və hərbi qənimət kimi götürülüb.

Son 30 gündə 4 şəhər, 4 qəsəbə,165 kənd, Murovdağ zirvəsi və bir sıra yüksəkliklər işğaldan azad edilib. Azərbaycan Ordusunu bir ay ərzində azad etdiyi əraziləri tarixi ardıcıllıqla sizə təqdim edirik:

27 sentyabr

Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

3 oktyabr

Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi

Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

4 oktyabr

Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

5 oktyabr

Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

9 oktyabr

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri
Tərtər rayonunun Çaylı kəndi

14 oktyabr

Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

15 oktyabr

Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
Füzuli rayonunun Arış kəndi
Cəbrayıl rayonunun Doşulu kəndi
16 oktyabr

Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
17 oktyabr

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
18 oktyabr

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
19 oktyabr

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

20 oktyabr

Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

21 oktyabr

Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

22 oktyabr

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

23 oktyabr

Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

26 oktyabr

Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

Ümumilikdə, Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 2 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar