Alimlər orqanizmin piyinin əridilməsi üçün ən yaxşı pəhrizi müəyyən ediblər

20 Noyabr 2020 23:38    8 Baxış   
Alimlər orqanizmin piyinin əridilməsi üçün ən yaxşı pəhrizi müəyyən ediblər
Kanadanın Albert Universitetinin mütəxəssisləri müəyyənləşdiriblər ki, yüksək miqdarda zülalla qidalanma orqanizmdəki piyin əridilməsi üçün ən yaxşı pəhrizdir.

"Report" xəbər verir ki, bu barədə "The American Journal of Clinical Nutrition" yazıb.

Alimlər 43 könüllü üzərində qidalanmanın müxtəlif növləri ilə maddələr mübadiləsini araşdıraraq, göstəriciləri tədqiq ediblər. Birinci qrup gündəlik kalori istehlakını yüksək zülallı kokteyllər, ikincisi qrup isə müntəzəm qidalar vasitəsilə alıb.

Məlum olub ki, tədqiqatın birinci qrupdan olan iştirakçıları daha çox kilokoloridən istifadə ediblər. Tədqiqatın müəllifləri bunu onuna izah edirlər ki, zülal metabolizmi sürətləndirir. Buna görə də zülalla qidalanma orqanizmdəki piyin əridilməsi üçün ən yaxşı pəhriz üsuludur.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar