AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb

21 Noyabr 2020 00:00    10 Baxış   
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarılıb
AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) aparılan yoxlamanın nəticələri və MEK-in direktoru Sevil Zülfüqarovanın kütləvi informasiya vasitələrində yayımlanmış plagiat məqalələr müzakirə edilib.

Avtoxeber.az xəbər verir ki, Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxananın idarə edilməsində və fəaliyyətində yol verdiyi nöqsanlara görə Sevil Zülfüqarova MEK-in direktoru vəzifəsindən azad olunub.

Rəyasət Heyətinin digər qərarı ilə fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın yeni direktoru təyin edilib.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar