Avropada bu həftənin əvvəli təbii qazın qiymətinin bu qışın ən kəskin artımı ilə yadda qalıb.
“Avtoxeber.az” xəbər verir ki, Niderlandın TTF onlayn qaz satışı mərkəzində qazın dünənki 258 USD/1000 kubmetrdən sonra bugünkü fyüçersi 284 USD/1000 kubmetrdən satılıb. Bu 10 faizlik artım qışın əvvəlindən ən kəskin qiymət sıçrayışıdır. Eyni zamanda, bu gün qeydə alınan qiymət 2018-ci il dekabrın 28-dən bu yana ən yüksək qiymətdir.
Görünməmiş soyuqların tüğyan etdiyi İspaniyanın PVB onlayn qaz satışı mərkəzində isə cümə günü qeydə alınmış 660 USD/1000 kubmetr qiyməti bu gün 379 dollaradək geriləyib.
Bütövlükdə, bu qışın Avropada soyuq keçməsi yeraltı qaz anbarlarından qaz sərfiyatının artmasına təkan verib. Yanvarın 10-da yeraltı qaz anbarlarının dolma səviyyəsi 66,63 faiz olub. Bu, ötən beş mövsümün orta səviyyəsindən bir qədər azdır, halbuki cari mövsümün əvvəlində 6,75 faiz, yaxud 7 milyard kubmetr çox olub.
Digər tərəfdən, Avropa qaz şəbəkəsinə LNG terminalları vasitəsilə vurulan qaz həcmi 2020-ci ilin yanvar ayına nisbətən 48 faiz azdır.
Ümumiyyətlə, ötən il Avropa LNG idxalı 7 faiz azalaraq 97,194 milyon kubmetr təşkil edib.
Dollar kəskin ucuzlaşır - SON DƏQİQƏ!
Pandemiyadan zərərçəkənlərə - Növbəti pul yardımı ayrıldı
Devalvasiya olacaq? - AÇIQLAMA
Yaxın günlərdə kommunal xidmətlər qaldırıla bilər - AÇIQLAMA
PAŞA Bank işçilər axtarır - VAKANSİYALAR
Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları azalıb
Dünya bazarlarında təbii qaz bahalaşıb
Naxçıvana birbaşa nəqliyyat dəhlizinin üstünlükləri - VİDEO
Azərbaycan "Karabakh is Azerbaijan" stendi ilə beynəlxalq sərgidə təmsil olunacaq
Neft yenidən bahalaşdı
Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları buraxılır - FOTO
Gürcüstanda benzinin qiyməti yenidən bahalaşır - SON DƏQİQƏ
Türk Hava Yolları Bakıya uçuşları dayandırır? - Rəsmi
Azərbaycan nefti ucuzlaşdı
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək -TARİX AÇIQLANDI
Azərbaycanda ucuz qiymətə quraşdırma evlərin satışı başlayıb - QİYMƏT
Azərbaycanda mal-qara belə sığortalanacaq
2 milyard rubl dəyərində olan Sputnik bağlandı
Azərbaycandan fındıq ixracı - Dayana Bilər
Metronun açılması ilə bağlı məsələyə dair...