Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə olunub

20 Noyabr 2020 15:33    12 Baxış   
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinə 6 min söz əlavə olunub
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti növbəti həftə çapa göndərilir.

Avtoxeber.az xəbər verir ki, bunu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, lüğətdən 18 min söz çıxarılıb, 6 min yeni söz əlavə olunub: “Lüğətdə 90 minə yaxın söz var. Lüğət 1000 tirajla çap olunacaq. Lüğətə hərblə bağlı yeni sözlər əlavə olunub. Məsələn, dağatıcı, kvadrokopter, diversiya-kəşfiyyat ən yeni sözlərdir”.

Direktor həmçinin lüğətdən çıxarılan sözlərdən də danışıb: “Lüğətdən çıxarılan sözlər daha çox ərəb-fars mənşəli, yəni ədəbi dildə işlənməyən, ikivariantlı sözlərdir. Məsələn, tələm-tələsik və təlmə-tələsik, altın və altun, yorğun və yornuq. Yəni lüğətdə eyni sözdən iki variantı var idi. Onlardan bir variantını saxlamışıq. Ədəbi dildə işlənməyənlər çıxarılıb”.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar