Azərbaycan səfirliyi Rusiya XİN-ə nota təqdim edib

17 Oktyabr 2020 15:41    18 Baxış   
Azərbaycan səfirliyi Rusiya XİN-ə nota təqdim edib
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi ölkənin Xarici İşlər Naziriliyinə nota təqdim edib.

Avtoxəbər.az bu barədə səfirliyə istinadən məlumat verir.

Notada qeyd olunur ki, 2020-ci il oktyabrın 16-da Vitali Milonov separatçı rejimin qondarma "rəhbəri" ilə görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində onsuz da gərgin vəziyyəti daha da gərginləşdirməyə yönəlmiş bir sıra təxribatçı açıqlamalar verib.

Daha sonra qeyd olunur ki, Dövlət Dumasının deputatının deputatının bu cür təxribatçı əməlləri həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadalı çoxsaylı diasporun haqlı hiddətinə səbəb olub və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə yönəlib.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar