Azərbaycanda 63 yaşlı qadın ana oldu - adını ZƏFƏR qoydular

17 Noyabr 2020 13:10    2063 Baxış   
Azərbaycanda 63 yaşlı qadın ana oldu  - adını ZƏFƏR qoydular

Bakı Sağlamlıq Mərkəzi daha bir uğurunun sevicini yaşayır. 12 noyabr tarixində xəstəxananın həkimi Uzman Dr. Öndər Tulumbacı başda olmaqla Reproduktiv Sağlamlıq Mərkəzinin əməyi nəticəsində 63 yaşlı xanım Gövhər Cəfərova dünyaya oğlan uşağı gətirib. Ailənin ilki olan körpəyə 10 noyabr tarixi Qələbəmizin şərəfinə valideynləri Zəfər adını verib və vətənə sadiq, gələcəyin əsgərini yetişdirəcəyini bildirdilər. Ana illərdir həsrətində olduğu arzusunun gerçəkləşməsinə çox sevinir və bütün xanımlara tövsiyə edir ki, belə bir arzuları, məqsədləri varsa sonacan arxası ilə getsinlər. 63 yaşında analıq hissini yaşayan xanım bu xoşbəxtliyi ona yaşatdıqları üçün Dr. Öndər Tulumbacı və Dr. Emin Haqverdiyevə öz təşəkkürlərini bilirdirib.

Ana Gövhər Cəfərovanın sevincini, Dr. Öndər Tulumbacı və Dr. Emin Haqverdiyevin uğurunu Sizlərə təqdim edirik.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar