Avtoxeber.az

Azərbaycanın İKT sektoruna ISESCO-nun investisiya qoyuluşu müzakirə edilib

10 Baxış
Azərbaycanın İKT sektoruna ISESCO-nun investisiya qoyuluşu müzakirə edilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.


Bu barədə Avtoxeber.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

R.Quluzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə torpaqlarımızın işğaldan azad edilməsi ilə bölgədə sülhün təmin edildiyini bildirib. O, işğaldan azad olunmuş ərazilərdə dağıdılan infrastrukturun yenidən qurulacağını və bərpa ediləcəyini vurğulayıb. Qeyd edib ki, tarixi şəhərimiz Şuşaya birinci dərəcəli yolun çəkilişi üzrə işlər artıq başlayıb. Xankəndinə aparan dəmir yolunun bərpası ilə bağlı işlər də gedir. R.Quluzadə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə infrastrukturun sıfırdan qurulacağını və əhalinin sıx yaşayacağı ərazilərdə “Ağıllı şəhər” layihələrinin tətbiq edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

“Torpaqlarımızın işğaldan azad olunması bölgənin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində də regional əməkdaşlığı inkişaf etdirir”, – R.Quluzadə qeyd edib.


Hazırda innovasiyaların bütün dünyanın diqqət mərkəzində olduğunu deyən nazir Azərbaycanda da innovasiya ekosisteminin inkişaf etdirilməsinin başlıca prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini vurğulayıb.

R.Quluzadə əlavə edib ki, ölkəmizdə “Ağıllı şəhər” həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.

Öz növbəsində, ISESCO-nun Baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Vətən müharibəsində qazandığımız qələbə münasibəti ilə xalqımızı bir daha təbrik edib. Azərbaycanın işğaldan azad olunmuş şəhərlərini ziyarət etdiyini deyən Baş direktor vəziyyətlə yerində tanış olduğunu bildirib.

“Biz işğaldan azad edilmiş ərazilərə səfər etdik. Orada yaşanan faciəni gözlərimizlə gördük. Şəhərlər tamamilə dağıdılıb, heç bir ölçüyə sığmayan vandalizm aktı törədilib”, – deyə Səlim bin Məhəmməd Əl-Malik vurğulayıb.

Görüş zamanı Azərbaycan – ISESCO əlaqələri, əməkdaşlığın vəziyyəti, elm, informasiya, kommunikasiya və innovasiyalar sahəsində həyata keçiriləcək birgə layihələr üzrə fikir mübadiləsi aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi təşkil olunan “InnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində 2021-ci ildə ISESCO ilə birgə tədbirin keçirilməsi, “Falcon Summit 2021”də yerli və xarici ölkələrin innovativ layihə və startapların beynəlxalq investorlara təqdim olunması məsələləri də müzakirə olunub.

Həmçinin Startap mübadilə proqramlarının aparılması və iki tərəf arasında müştərək müəssisələrin yaradılması imkanları, Azərbaycanın İKT sektoruna ISESCO tərəfindən investisiya qoyuluşu və startapların vençur maliyyələşmə yolu ilə kommersiyalaşdırılmasına dəstək barədə fikir mübadiləsi aparılıb.

ISESCO çərçivəsində İslam ölkələrində təhsil və İT layihələrinin dəstəklənməsi məqsədilə birgə Vençur fondların yaradılması ilə bağlı danışıqlar aparılıb.




Dollar kəskin ucuzlaşır -  SON DƏQİQƏ!Dollar kəskin ucuzlaşır - SON DƏQİQƏ! Pandemiyadan zərərçəkənlərə -  Növbəti pul yardımı ayrıldıPandemiyadan zərərçəkənlərə - Növbəti pul yardımı ayrıldı Devalvasiya olacaq?   - AÇIQLAMADevalvasiya olacaq? - AÇIQLAMA Yaxın günlərdə kommunal xidmətlər qaldırıla bilər -  AÇIQLAMAYaxın günlərdə kommunal xidmətlər qaldırıla bilər - AÇIQLAMA PAŞA Bank işçilər axtarır -  VAKANSİYALARPAŞA Bank işçilər axtarır - VAKANSİYALAR Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları azalıb Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları azalıb Dünya bazarlarında təbii qaz bahalaşıb Dünya bazarlarında təbii qaz bahalaşıb Naxçıvana birbaşa nəqliyyat dəhlizinin üstünlükləri -  VİDEONaxçıvana birbaşa nəqliyyat dəhlizinin üstünlükləri - VİDEO Azərbaycan "Karabakh is Azerbaijan" stendi ilə beynəlxalq sərgidə təmsil olunacaq Azərbaycan "Karabakh is Azerbaijan" stendi ilə beynəlxalq sərgidə təmsil olunacaq Neft yenidən bahalaşdı  Neft yenidən bahalaşdı Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş  1, 5 və 50 manatlıq pul nişanları buraxılır  - FOTOAzərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları buraxılır - FOTO Gürcüstanda benzinin qiyməti yenidən bahalaşır  - SON DƏQİQƏGürcüstanda benzinin qiyməti yenidən bahalaşır - SON DƏQİQƏ Türk Hava Yolları Bakıya uçuşları dayandırır? -  Rəsmi Türk Hava Yolları Bakıya uçuşları dayandırır? - Rəsmi Azərbaycan nefti ucuzlaşdı Azərbaycan nefti ucuzlaşdı Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək - TARİX AÇIQLANDIKafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək -TARİX AÇIQLANDI Azərbaycanda ucuz qiymətə quraşdırma evlərin satışı başlayıb - QİYMƏT Azərbaycanda ucuz qiymətə quraşdırma evlərin satışı başlayıb - QİYMƏT Azərbaycanda mal-qara belə sığortalanacaq Azərbaycanda mal-qara belə sığortalanacaq 2 milyard rubl dəyərində olan  Sputnik bağlandı2 milyard rubl dəyərində olan Sputnik bağlandı Azərbaycandan fındıq ixracı  - Dayana BilərAzərbaycandan fındıq ixracı - Dayana Bilər Metronun açılması ilə bağlı məsələyə dair... Metronun açılması ilə bağlı məsələyə dair...