Bazar dəyəri ən çox düşən futbolçuların siyahısı açıqlanıb

13 Oktyabr 2020 12:52    22 Baxış   
Bazar dəyəri ən çox düşən futbolçuların siyahısı açıqlanıb
Bazar dəyəri ən çox aşağı düşən futbolçuların siyahısı müəyyənləşib.

Avtoxəbər.az saytının məlumatına görə, son bir ildə İspaniyanın “Real” klubunun hücumçusu Eden Azarın qiyməti nəzərəçarpacaq dərəcədə azalıb.

Belçika millisinin üzvü 54 milyon funt-sterlinq dəyər itirib. Bu baxımdan Argentina yığmasının və İspaniya “Barselona”sının kapitanı Lionel Messi ikinci sırada yer alıb. İlk “üçlüy”ün son sakini isə “Barselona”nın digər hücumçusu fransalı Antuan Qrizmanndır.

1. Eden Azar (“Real”) - 54 milyon funt-sterlinq
2. Lionel Messi (“Barselona”) - 36 milyon
3. Antuan Qrizmann (“Barselona”) - 36 milyon
4. Neymar (PSJ) - 28,8 milyon
5. Rahim Sterlinq (“Mançester Siti”) – 28,8 milyon
6. Kepa Arrizabalaqa (“Çelsi”) - 28,8 milyon
7. Kevin De Bruyne (“Mançester Siti”) - 27 milyon
8. Məhəmməd Salah (“Liverpul”) - 27 milyon
9. Harry Keyn (“Tottenhem”) - 27 milyon
10. Sadio Mane (“Liverpul”) - 27 milyon
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar