Bu ölkədə son sutkada koronavirusdan 265 nəfər ölüb

16 Oktyabr 2020 18:29    27 Baxış   
Bu ölkədə son sutkada koronavirusdan 265 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 265 nəfər ölüb.


APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.


Bildirilib ki, bu günədək İranda koronavirusdan ölənlərin sayı 29870-ə çatıb.


Son 24 saat ərzində 4552 yeni yoluxma faktı qeydə alınıb, bununla da İranda bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 522387-yə çatıb.


420910 nəfər xəstəlikdən sağalıb, hazırda virus daşıyıcısı olan 4684 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar