Co Baydenin telereytinqi Donald Trampdan yüksək olub

17 Oktyabr 2020 19:31    15 Baxış   
Co Baydenin telereytinqi Donald Trampdan yüksək olub
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Co Baydenin seçiciləri ilə görüşünü televizordan 14 milyondan çox amerikalı izləyib. Bu göstəricidə o, ABŞ-ın hazırkı prezidenti, qarşıdakı seçkilərdə rəqibi olacaq Donald Trampı üstələyib.

Avtoxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə “USA Today” qəzeti “Nielsen” araşdırma xidmətinin müvafiq məlumatlarına əsasən məlumat yayıb.

Son hesablamalara görə, ABC teleşirkəti tərəfindən yayımlanan Baydenin tədbirinə 14,1 milyon ABŞ sakini baxıb. NBC telekanalında yayımlanan hazırkı prezidentin seçiciləri ilə görüşü isə 13,5 milyon izləyici toplayıb. Qeyd olunur ki, demokratın görüşü yarım saatlıq təhlil də daxil olmaqla, iki saat davam edib. Respublikaçının tədbiri bir saat davam edib.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizədlər cümə axşamı seçki öncəsi debatların ikinci mərhələsi əvəzinə ayrı-ayrılıqda tədbirlər təşkil ediblər. Debatların ikinci mərhələsi Trampın koronavirusa yoluxması səbəbindən ləğv edilib.

Cari seçki kampaniyası çərçivəsində debatların ilk turu sentyabrın 29-da Ohayo ştatının Klivlend şəhərində baş tutub. Tramp və Bayden arasında növbəti – planlaşdırılan üçüncü debat oktyabrın 22-də Tennessi ştatının Neşvill şəhərində baş tutacaq.

ABŞ-da ümumi seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilər zamanı prezident və vitse-prezident, Nümayəndələr Palatasının 435 üzvünün hamısı və Konqres Senatının üçdə biri, habelə 13 ştat və ərazinin qubernatorları seçiləcək.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar