Dövlət Neft Fondunun aktivləri azalıb

27 Oktyabr 2020 14:22    16 Baxış   
Dövlət Neft Fondunun aktivləri azalıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 593,1 milyon manat, büdcə xərcləri isə 9 046,3 milyon manat təşkil edib. 

Avtoxeber.az xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 235,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 445,5 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,8 milyon manat, tranzit gəlirləri isə 15,0 milyon manat təşkil edib. 

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 358,0 milyon manata bərabər olub. 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 394,0 milyon manat təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2020-ci il büdcəsinin icrası çərçivəsində 8 852,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Həmçinin, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 178,5 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0, 4 milyon manat yönəldilmişdir. Qeyd edilən dövr ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 14,9 milyon manat təşkil edib. 

2020-ci ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 milyon ABŞ dolları) nisbətən 0,08% azalaraq 43 288,6 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-nin büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar