E-dövlətdə terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib

27 Oktyabr 2020 14:52    16 Baxış   
E-dövlətdə terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib
Elektron dövlət (e-dövlət) mühitində vətəndaşlara məxsus məlumatların çoxməqsədli intellektual analizi metodları işlənilib.

Avtoxeber.az AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən xəbər verir ki, əsas məqsəd sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyi ilə e-dövlətin araşdırılması, bu mühitdə səmərəli qərarların qəbulunu dəstəkləyən sistemlər üçün yeni yanaşmalar, metod və alqoritmlərin təklif edilməsidir.

E-dövlətin analizi texnologiyalarının müasir vəziyyətinin analizi və problemlərin müəyyən olunması, e-dövlətdə terrorizmi təbliğ edən mətnlərin təsnifatı və filtrasiyası üçün metodların işlənməsi, e-dövlətdə gizli sosial şəbəkələrin aşkarlanması və analizi üçün metodun işlənməsi qoyulan əsas elmi-nəzəri və praktiki məsələlərdir.

E-dövlətin analizində sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının rolu araşdırılıb, o cümlədən e-dövlətə qoyulan tələblər və onun inkişafına yanaşmalar, e-dövlətin inkişafı və analizinin əsas problemləri müəyyən olunub. E-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu, o cümlədən e-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənilib.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar