Əməkdar artistin qızı vəfat etdi

25 Sentyabr 2020 16:57    34 Baxış   
Əməkdar artistin qızı vəfat etdi
Rusiyanın Əməkdar artisti Vladimir Konkinin qızı Sofya Konkina vəfat edib.

Avtoxəbər.az cebhe.info-ya istinadən bildirir ki, bu barədə "Telegram-kanal" məlumat yayıb.

Məlumata görə, Sofya 2 gün əvvəl hovuza çimməyə gedib. Dünən isə ailəsinə Moskvadakı Botkinsk xəstəxanasından zəng edərək bildirilib ki, Sofya reanimasiyadadır.

Həkimlərin səyinə baxmayaraq, bu gün isə qız böyrək çatışmazlığından vəfat edib. Qızın ölüm işini araşdıran polislər ölümün kriminal xarakterli olduğu qənaətinə gəliblər.

Qeyd edək ki, Vladimir Konkin "Polad necə bərkidi", "Görüş yerini dəyişmək olmaz", "Aşiqlər haqqında romans" və digər filmlərdəki rolları ilə məşhurlaşıb.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar