Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı

27 Oktyabr 2020 16:56    27 Baxış   
Ermənistanda silahlı qüvvələr və siyasi rəhbərlik arasında çəkişmə başladı
Cəbhədə davamlı uğursuzluq və məğlubiyyətlə üzləşən Ermənistanda siyasi rəhbərlik və ordu arasında fikir ayrılığı, nifaqın olduğu görünməyə başlayıb.

“Avtoxeber.az” xəbər verir ki, bu, Ermənistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahın ortaq bəyanatından sezilib.

“Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı Ermənistan Respublikasının siyasi rəhbərliyi və Silahlı Qüvvələr arasında nifaq salmaq istəyən bəzi siyasi dairələrin cəhdlərini qətiyyətlə pisləyir”, - açıqlamada vurğulanıb.

Bəyanatda həmçinin siyasətçilərin bölücü açıqlama və hərəkətlərdən çəkinməyə çağırış edilib.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar