FIFA "The Best" mükafatını təqdim edəcəyi vaxtı açıqladı

20 Noyabr 2020 20:19    12 Baxış   
FIFA "The Best" mükafatını təqdim edəcəyi  vaxtı açıqladı
FIFA ilin sonunda təşkil ediləcək mükafatlandırma mərasiminin vaxtını açıqlayıb.

Avtoxeber.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir dekabrın 17-də onlayn formada gerçəkləşəcək.

"The Best" mükafatı üçün səsvermə noyabrın 25-də başlayacaq. Yığma komandaların baş məşqçiləri və kapitanları ilə yanaşı, azarkeşlərlə qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcəyi səsvermə dekabrın 9-dək davam edəcək.

Tədbirdə ən yaxşı kişi və qadın futbolçular, həmçinin baş məşqçilər müəyyənləşəcək. Bundan əlavə, ən yaxşı kişi və qadın qapıçıların da adına aydınlıq gələcək.

FIFA ilin "feyr pley" mükafatına layiq görülən kollektivi və ən yaxşı qolun müəllifinə verilən "Ferents Puşkaş" mükafatının sahibini də müəyyənləşdirəcək. Qadın və kişilərdən ibarət ilin rəmzi komandaları, həmçinin ilin ən yaxşı azarkeşləri də açıqlanacaq.

Qeyd edək ki, FIFA hələlik nominasiyalar üzrə namizədlərin adlarını açıqlamayıb.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar