Fransız deputat faşist Ermənistanın Gəncədəki terrorunu pisləyib

17 Oktyabr 2020 16:39    13 Baxış   
Fransız deputat faşist Ermənistanın Gəncədəki terrorunu pisləyib
Çox sayda yaxın dostlarımın yaşadığı Gəncə şəhərinin mərkəzində yaşayış məhəlləsinin raket atəşinə tutulması, dinc insanların ölümü və yaralanması xəbərinə hədsiz kədərləndim. Mülki əhalinin hədəfə alınmasını pisləyirəm.

Avtoxəbər.az-ın məlumatına görə, bunu Fransa Milli Assambleyasının deputatı Andre Vilyen Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova ünvanlandığı başsağlığı məktubunda deyib.

Qədim Gəncə şəhəri ilə bağlı xoş xatirələrinin olduğunu vurğulayan fransız deputat yazıb: “Bu kədərli anda sizə və Gəncədə raket hücumu nəticəsində həlak olan insanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm. Yaralılara isə tez sağalmalarını arzulayıram. Bu fürsətdən istifadə edib, Gəncə şəhərinin bütün sakinlərinə onların səmimi dostu olduğumu bir daha çatdırıram”.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar