Futbolçularımız olimpiadaya Ermənistanla münaqişəyə görə aparılmayıb

17 Oktyabr 2020 19:53    24 Baxış   
Futbolçularımız olimpiadaya Ermənistanla münaqişəyə görə aparılmayıb
Rusiyanın "Rrealnoe Vremya" nəşri Azərbaycanın veteran futbolçuları Tərlan Əhmədov və Ruslan Lukinin SSRİ gənclər yığmasının Barselona-1992 Yay Olimpiya Oyunları üçün heyətindən kənarda qalma səbəbini açıqlayıb.

Avtoxəbər.az xəbər verir ki, keçmiş oyunçuların Ermənistanla münaqişəyə görə həmin vaxt milliyə cəlb olunmadıqları bildirilib.

"O yaşdakı sovet futbolçuları həmin vaxt Barselona olimpiadasına qalib statusu ilə yanaşırdı. 19 yaşadək futbolçular arasında Avropa çempionatını qazanmış və U-20 yığmaları arasında dünya çempionatının bürünc mükafatçısı olmuşdular. Komandanın o vaxtkı baş məşqçisi Boris İqnatyevin geniş seçim imkanı var idi. Heyətdə yalnız Estoniya futbolunun yetirməsi Toomas Krım, həmçinin Avropa çempionları Ervand Krbaşyan (Ermənistan), Tərlan Əhmədov və Ruslan Lukin (hər ikisi Azərbaycan) yox idi. Çünki bu respublikalar arasındakı münaqişə əndazəsindən çıxmışdı", - məqalədə qeyd olunub.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar