Göyçayda iki "Jiquli" toqquşub, xəsarət alanlar var - FOTO

20 Noyabr 2020 23:19    11 Baxış   
Göyçayda iki "Jiquli" toqquşub,  xəsarət alanlar var - FOTO
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtoxeber.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində Çərəkə kənd sakini Əhmədov Aydın Əlisahib oğlu və adları hələ ki məlum olmayan başqa iki nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar