Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı - Ölənlərin sayı artdı/YENİLƏNİB

27 Oktyabr 2020 19:09    20 Baxış   
Hikmət Hacıyev Bərdəyə raket hücumundan yazdı  - Ölənlərin sayı artdı/YENİLƏNİB

Ermənistanın raket hücumu nəticəsində Bərdədə ölənlərin sayı 4-ə yüksəlib.


Avtoxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistanın fərq qoymadan, mülki insanlara qarşı hədəflənmiş hücumu davam edir.

18:05

“Ermənistanın Bərdə rayonuna etdiyi nəhəng raket hücumu nəticəsində 3 mülki şəxs həlak olub və 10 nəfər uşaq və qadın ağır yaralanıb. Ermənistanın hərbi cinayətləri davam edir”.


“Avtoxeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bu gün Ermənistan Müdafiə Nazirliyi sərt zərbə endirəcəyinə dair açıqlama vermişdi. Bununla onlar mülki şəxsləri, uşaqları və qadınları nəzərdə tuturlar”, - o qeyd edib.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar