"Barselona" prezidenti: "İstefa barədə heç vaxt düşünməmişəm"

27 Oktyabr 2020 10:37    16 Baxış   
"İstefa barədə heç vaxt düşünməmişəm" "Barselona" prezidenti:
“Barselona” prezidenti Xosep Bartomeu istefa verəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Avtoxeber.az xəbər verir ki, klub rəhbəri əsas komandanın cari mövsümdəki çıxışına nikbin baxdığını deyib.

Bartomeu yeni layihələrinin olduğunu söyləyib: “İstefa barədə heç vaxt düşünməmişəm. Ərsəyə gəlməkdə olan gözəl layihəmiz var. Qarşıda çox vacib Çempionlar Liqası matçı var, istəyimiz və motivasiyamız itməyib. Bu mövsüm kuboklar qazanacağımızı düşünürəm. İstefaya göndərilən ilk “Barselona” prezidenti olmaq fikrim yoxdur. Qorxu ilə işləmirik, irəliləmək istəyirik. Son 10 ildə 22 kubok qazandıq. Utanacaq rəqəm deyil".
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar