Lavrov: “Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”

21 Noyabr 2020 19:20    20 Baxış   
Lavrov: “Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”
Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür.

Avtoxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda əldə etdikləri razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqlənib. Razılaşma Dağlıq Qarabağda qan tökülməsini dayandırdı. Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi” - deyə, o bildirib.

Nazir həmçinin bildirib ki, təmsil etdiyi ölkə beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin nizamlanmasına fəal cəlb olunmasında maraqlıdır.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar