18 oktyabr Müstəqillik Günüdür

18 Oktyabr 2020 00:21    244 Baxış   
 Müstəqillik Günüdür 18 oktyabr


Bu gün 18 oktyabr Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Bu gün Müstəqillik Günüdür.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün ərzində müzakirələr apararaq. nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi yaradılmışdır.


Bu ilki Müstəqillik Gününü daha da önəmli edən səbəblərdən biri isə, Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı yağı düşmənlərdən azad etməsidir.


Bundan sonrakı Müstəqillik Günlərini Qarabağlı Azərbaycanla qeyd edəcəyimiz tarix çox yaxındır.


avtoxeber.az saytı olaraq 18 Oktyabr Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.


Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar