Avtoxeber.az

"Qəbələ"nin baş məşqçisi toplanışı dəyərləndirdi

16 Baxış
"Qəbələ"nin baş məşqçisi toplanışı dəyərləndirdi
"Burada təlim-məşq toplanışı üçün hər bir şərait var. Antalyadan yeganə fərqi yoxlama matçlarının keçirilməsi üçün rəqiblərin yoxluğudur. Komanda istirahətdə az müddət keçirdiyindən sınaq matçlarının baş tutmaması problem olmamalıdır".

"Avtoxeber.az" xəbər verir ki, bunu "Qəbələ" futbol komandasının baş məşqçisi Elmar Baxşıyev mövsümün ikinci hissəsinin hazırlıq prosesi barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis bildirib ki, toplanışın Qəbələdəki birinci mərhələsində futbolçular üzərinə düşən işləri səylə yerinə yetiriblər: "Onların işə yanaşması məşqçilər korpusunu sevindirir. Toplanışda komandanın həm fiziki, həm də texniki-taktiki durumu, ən əsası, xətlərarası əlaqənin daha da yaxşılaşdırılması üzərində işlədik. Akademiyanın 4 futbolçusu hazırlıq dövründə bizə qoşulmuşdu. Onların hamısı potensiala malikdir. Bu oyunçulardan bəzilərinin daim bizimlə qalması və əsas komanda ilə davam etməsini planlaşdırırıq”.

Baş məşqçi hazırlıq prosesinin Bakıda gerçəkləşəcək ikinci hissəsi barədə də danışıb: “Yanvarın 14-də “Sumqayıt”la yoxlama görüşü keçirəcəyik. Bu matçdan sonra bir həftəlik hazırlıq prosesi baş tutacaq. Bu mikrotsikl ilə “Zirə”yə qarşı oyunun hazırlıqlarına başlayacağıq”.

Qeyd edək ki, "Qəbələ" mövsümün ilk yarısını 13 oyundan 15 xalla 5-ci pillədə başa vurub.
"Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı  "Sabah"ın futbolçusu millidən kənarlaşdırıldı UEFA Mxitaryanı cəzalandırıb  – VİDEOUEFA Mxitaryanı cəzalandırıb – VİDEO Millimizin 2 futbolçusu   koronavirusa yoluxdu Millimizin 2 futbolçusu koronavirusa yoluxdu UEFA Millətlər Liqasında V tura start veriləcək UEFA Millətlər Liqasında V tura start veriləcək MMA idmançısı Moskvada döyüldü  MMA idmançısı Moskvada döyüldü Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb Azərbaycanda oynayan legioner qapıçı millidə rekorda imza atıb Teymur Rəcəbov Levon Aronyanla oynayacaq Teymur Rəcəbov Levon Aronyanla oynayacaq Arda Turan koronavirusa yoluxub Arda Turan koronavirusa yoluxub Arsen Venger "Barselona"nın təklifini rədd etdi Arsen Venger "Barselona"nın təklifini rədd etdi Cəbhədən qayıtdı, bu gün döyüşə çıxır -  VİDEOCəbhədən qayıtdı, bu gün döyüşə çıxır - VİDEO Azərbaycanda oynayıb, Ermənistanda karyeralarını davam etdirənlər -  ADLARAzərbaycanda oynayıb, Ermənistanda karyeralarını davam etdirənlər - ADLAR Qarabağ Şerifə qalib gəldi -   növbəti mərhələyə yüksəldiQarabağ Şerifə qalib gəldi - növbəti mərhələyə yüksəldi Millimizin futbolçuları qohum oldular   - FOTOMillimizin futbolçuları qohum oldular - FOTO “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi  - FOTO “Neftçi”yə rəqib olan “Qalatasaray”ın hücumçusu jurnalistləri təhqir etdi - FOTO "Barselona"ya türk futbolçu gəlir "Barselona"ya türk futbolçu gəlir PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq" PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq" Millimizin rəqibi Bakıya bu heyətlə gəlir - SİYAHI Millimizin rəqibi Bakıya bu heyətlə gəlir - SİYAHI Beşiktaşdan Balotelli həmləsi Beşiktaşdan Balotelli həmləsi "Qalatasaray" ikinci transferini açıqlayıb "Qalatasaray" ikinci transferini açıqlayıb FIFA dopinqə görə 20 aylıq cəza verdi FIFA dopinqə görə 20 aylıq cəza verdi