Rayonlarda bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri mövzusunda təlimlər keçirilib

16 Oktyabr 2020 11:55    17 Baxış   
Rayonlarda bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri mövzusunda təlimlər keçirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Saatlı, İmişli və Zaqatala rayonlarında “İribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlimlər keçirilib.

Avtoxeber.az Aqrar Xidmətlər Agentliyinə istinadən xəbər verir ki, rayon baytarlıq idarələrinin təşkil etdiyi təlimlərdə iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyi barədə ətraflı məlumat verilib. Xəstəliyin yaranma səbəbləri, yoluxma yolları, klinik əlamətləri, gedişi, profilaktikası və təsərrüfatlara vurduğu iqtisadi zərər (balasalma, qısırlıq və s.) haqqında danışılıb.

Qeyd olunub ki, bruselyoza yoluxmuş heyvanlar müalicə olunmur, çıxdaş olunaraq baytarlıq-sanitariya qaydalarına riayət etməklə kəsimə göndərilir. Eləcə də bildirilib ki, fermerlər bruselyoz xəstəliyindən qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidirlər.

Təlim çərçivəsində ölkəmizdə xəstəliyin profilaktikası üçün xüsusi Brudol-A Şt-19 tipli vaksindən istifadə edildiyi vurğulanıb.

Qyed edək ki, göz damcısı üsulu ilə həyata keçirilən bruselyoz xəstəliyi əleyhinə peyvəndləmə yalnız rayon baytarlıq idarəsinin baytar həkimləri tərəfindən aparılır.

Peyvənd olunmuş heyvanlarda dörd il müddətinə immunitet yaranır.

Təlimdə heyvan sağlamlığı, zoonoz xəstəliklər, onların yaranma səbəbləri və profilaktikası, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirdə fermerlərə peyvəndləmələrin vaxtında və keyfiyyətlə aparması üçün baytar həkimlərinə müvafiq şərait yaratmaları tövsiyə olunub.

Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar