Tbilisidə mikromaliyyə təşkilatına basqın olub, 9 nəfər girov götürülüb

20 Noyabr 2020 18:19    16 Baxış   
Tbilisidə mikromaliyyə təşkilatına basqın olub,  9 nəfər girov götürülüb
Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edən şəxs 9 nəfəri girov götürüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Patrul Polis Xidmətinin rəisi Vaja Siradze bildirib.

Onun sözlərinə görə, hazırda xüsusi əməliyyat davam etdirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı qarət və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri üzə operativ istintaq tədbirlərinə başlanılıb.

17:42
Gürcüstanın paytaxtı Tbilisinin Tsereteli metrostansiyası yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı şəxs basqın edib.

“Report”un yerli bürosu xəbər verir ki, əraziyə polis qüvvələri cəlb olunub.

Yayılan məlumatlara əsasən, basqınçı 10 nəfəri girov götürüb.

Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar