TƏBİB: Azərbaycanda koronaviruslu 113 ağır xəstədən 16-sı süni nəfəs aparatına qoşulub

16 Oktyabr 2020 11:25    22 Baxış   
TƏBİB: Azərbaycanda koronaviruslu 113 ağır xəstədən 16-sı süni nəfəs aparatına qoşulub
“Bu gün hər bir səhiyyə işçisi Azərbaycan Ordusunun və əsgərinin arxasındadır”.

Avtoxeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, cəmiyyətin də yardımına ehtiyacı var: “Son zamanlar dünyada COVID-19-a yoluxmada artım müşahidə olunur. Dünyada 38 milyondan çox insan koronavirusa yoluxub, ölüm isə 1 milyon insanı keçib. Dünən Azərbaycanda gündəlik yoluxma 530 nəfərə çatıb. Bu, avqustun ortasından gördüyümüz ən yüksək rəqəmdir. Hazırda 113 ağır xəstəmiz var, 16-sı süni nəfəs aparatına qoşulub”.
Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər




Ən çox oxunanlar