Dördüncü mərhələ limfoma xəstəsi olan 47 yaşlı rusiyalı qadının orqanizmində 18 koronavirus mutasiyası aşkarlanıb.
Avtoxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, o, aprel ayında "COVİD-19"a yoluxub və mütəmadi verdiyi test cavabları sentyabr ayınadək müsbət olub.
Virusun onun bədənində 18 mutasiyaya uğradığı testlərin nəticələri müqayisə olunduqdan sonra məlum olub.
Sibir Federal Universitetinin Genomika və Bioinformatika kafedrasının professoru Konstantin Krutovski qeyd edib ki, mutasiyalar immuniteti zəif olan digər pasiyentlərdəki mutasiyalarla qismən eynidir. Lakin bu qadında olan mutasiyaların sayının çoxluğu "COVİD-19"un bir orqanizmdə uzun müddət olması ilə bağlıdır.