Qafan merinin sözlərinə görə, sabah Qafanın yüksəklikləri və bölgənin 13 kəndi Azərbaycana təhvil verilməlidir.
Avtoxeber.az bildirir ki, sabaha Azərbaycana təhvil veriləcək köhnə Zəngəzur mahalının Qafan rayonundan olan yaşayış məntəqələri:
1. Kaxnut (Novruzlu)
2. Davit-Bek (Zeyvə)
3. Ujanis (Ucanis)
4. Eqvard (Yeğvard)
5. Aqarak(Əkərək)
6. Diçmayri (Aşağı Qaraçimən)
7. Syunik (Sünik)
8. Çakaten (Çakaten)
9. Şikaox (Şıxovuz)
10. Nerkin Hand
11. Tsav (Tsab)
12. Gexanuş
13. Və Qafan şəhəri
Qeyd:
Ermənistan mətbuatı bildirir ki, Qafan şəhərinin meri açıqlamasında yanlışlığa yol verib. O bu kəndlərə nəzarət edən 13 zirvənin Azərbaycan Ordusunun nəzarətinə veriləcəyini bildirmək istəyib. Yəni yaşayış məntəqələrinə Azərbaycan Ordusu rahatlıqla nəzarət edə biləcək.